REGİONLAR
Qəbələdə keçirilən əmək yarmarkasında 102 nəfər işlə təmin olunub
Qəbələ, 21 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə sentyabrın 21-də növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilən yarmarkanın açılış mərasimində Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Anar Rzayev, rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxış edərək ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Tədbirdə məlumat verilib ki, əmək yarmarkasında iştirak edən vətəndaşlara 33 idarə, müəssisə və təşkilat tərəfindən 283 boş iş yeri təqdim olunub.
Yarmarkada iştirak edən 452 nəfər iş axtaran və işsiz vətəndaşdan 102-si öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]