REGİONLAR


Qəbələdə qoz, şabalıd və fındıq yığımı başa çatıb

A+ A

Qəbələ, 21 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ rayonunun iqtisadiyyatında önəmli yerlərdən birini tutan bağçılıq kənd əhalisinin əsas məşğuliyyət sahəsi hesab olunur. Qəbələnin meyvə bağlarında bol məhsul yetişdirən kəndlilər qoz, fındıq və şabalıd yığımını başa çatdırıblar.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Qəbələdə mövcud olan 3220 hektar fındıq bağından 6400 ton məhsul əldə edilib. Bu da ötən ildəkindən 100 ton çoxdur. Kəndlilər məhsulu yerli bazarlara çıxarmaqla yanaşı, sərfəli qiymətə fındıq qəbulu məntəqələrinə də satırlar. Rayonda bir fındıq emalı zavodu, eləcə də kiçik fındıq emalı müəssisələri fəaliyyət göstərir. Bu da kəndlilərin ildən-ilə fındıq bağlarını genişləndirməyə və məhsuldarlığı daha da artırmağa həvəsləndirir. Cari ildə 40 hektar sahədə yeni fındıq bağı salınıb. Bu da ötən ilkindən 12 hektar çoxdur.

Həmçinin Qəbələnin qoz və şabalıd bağlarında yetişən bol məhsulun vaxtında və itkisiz toplanılması üçün bağlarda iməciliklər təşkil olunub. Kəndlilər cari ildə 390 hektar şabalıd bağından 430 ton, 160 hektar qoz bağından 375 ton məhsul əldə ediblər.

Qeyd edək ki, qəbələli fermerlər son bir ildə 10 hektar sahədə yeni şabalıd, 12 hektar sahədə isə qoz bağı salıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.