REGİONLAR
Qəbələdə şahmat məsələlərinin həlli üzrə 38-ci dünya çempionatının mükafatçısı ilə görüş keçirilib
AZƏRTAC xəbər verir ki, bu yüksək nailiyyət münasibətilə Qəbələ Rayon İcra Hakimiyyətində şahmatçı ilə görüş keçirilib. Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev şahmatçını beynəlxalq usta adını qazanması və dünyanın 23 ölkəsindən 150-dək şahmatçının iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının 150.5 xalla ikinci yeri tutması münasibətilə təbrik edərək, uğurların davamlı olmasını arzulayıb.
Görüşdə Azərbaycanda idmana göstərilən dövlət qayğısından, bu sahənin maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsindən və bunun nəticəsində əldə edilən nailiyyətlərdən danışılıb.
Şahmatçıya rayon icra hakimiyyətinin fəxri fərmanı və mükafatı təqdim olunub.
Sonda şahmatçı ilə xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan yığmasının tərkibində Araz Alməmmədov ilə yanaşı, tanınmış şahmatçılar Zaur Məmmədov və Ramil Cavadov da təmsil olunurdular.