REGİONLAR


Qəbələdə sərhədçilərə kömək edən yerli sakinlər mükafatlandırılıb

A+ A

Qəbələ, 17 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Sərhəd Mühafizəsinin 97-ci ildönümü münasibətilə keçirilən tədbirlər sırasında sərhədyanı rayonların sakinləri ilə birgə "Sərhədi xalq qoruyur” mövzusunda təşkil olunan çoxsaylı görüşlər xüsusi yer tutur. Bu mövzuda daha bir tədbir Qəbələ rayonunda təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə gül dəstələri qoyublar. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Şəki Sərhəd Dəstəsinin rəisi, polkovnik-leytenant Müzəffər Pirizadə ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətənimizin sərhədlərinin mühafizəsinə göstərdiyi yüksək qayğıdan, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafdan, qazanılan uğurlardan söz açıblar.

Tədbirdə sərhəd mühafizəsinin yaranması və inkişafı haqqında məlumat verilib, yerli əhalinin dövlət sərhədinin mühafizəsindəki rolu, sərhədçilərlə sakinlərin qarşılıqlı əlaqələrinin əhəmiyyəti mövzusunda söhbətlər aparılıb. Toplantıda ölkəmizin sərhədlərinin mühafizəsində ictimaiyyətin yaxından iştirakı razılıq hissi ilə qeyd edilib.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev sərhədçiləri qarşıdan gələn peşə bayramı münasibəti ilə təbrik edib, yerli əhalinin dövlət sərhədlərinin mühafizəsində sərhədçilərə yaxından kömək göstərməsinin böyük əhəmiyyət daşıdığını və yüksək qiymətə layiq olduğunu diqqətə çatdırıb.

Daha sonra sərhədlərimizin qorunması işində sərhədçilərə yaxından kömək edən bir qrup yerli sakin qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırılıb.

Tədbirdə qəhrəman sərhədçilərdən bəhs edən sənədli filmə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.