REGİONLAR


Qəbələdə taekvondo üzrə keçirilən respublika turniri başa çatıb

A+ A

Qəbələ, 28 mart, Şahnəzər Bəşirov, AZƏRTAC

“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə yeniyetmə və uşaqlar arasında keçirilən taekvondo üzrə respublika turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində keçirilən turnirdə respublikanın şəhər və rayonlarından 36 komandadan 457 idmançı iştirak edib. Turnirin bağlanış mərasimində “Qəbələ” İdman Klubunun nümayəndəsi Səbuhi Qarayev çıxış edərək respublikada idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd taekvondo idman növünün respublikada inkişafına nail olmaq, yeniyetmə idmançılarda yarış təcrübəsini və ustalığı inkişaf etdirmək, taekvondo üzrə rayonların yığma komandalarının tərkibini müəyyənləşdirməkdən ibarətdir.

Qeyd edək ki, üç gün davam edən yarışda yeniyetmə oğlan və qızlar mükafat uğrunda gərgin mübarizə aparıblar. Turnirdə hər çəki dərəcəsi üzrə ilk 3 yeri tutan idmançılara diplom və medallar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.