İDMAN
“Qəbələ”nin U-11 komandası Tbilisidə gücünü sınayacaq
Bakı, 26 may, AZƏRTAC
“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə turnirdə qüvvələrini sınayacaqlar. Mayın 26-dan iyunun 2-dək keçiriləcək yarış Tbilisi “Dinamo”sunun akademiyasının meydançasında baş tutacaq.
Namiq Əliyevin baş məşqçisi olduğu komandamız qrup mərhələsində Gürcüstan təmsilçiləri ilə görüşəcək. Mayın 27-də “Dinamo” ilə üz-üzə gələcək “qırmızı-qaralar” ertəsi gün “Saburtalo”, mayın 29-da isə “Telavi” ilə qarşılaşacaqlar.
“Qəbələ” Gürcüstandakı turnirə 16 futbolçu ilə yollanıb. Heyətdə İslam Əbduləzizov, Əli Tahirov, Ceyhun Bağırzadə, Həsən Nəzərli, Samid Əhmədov, Ziya Şəkərxanov, Əhməd Məmmədov, Asim Əlicanov, Nurlan Ağabəyov, Mahir Mehdiyev, İlkin Budaqov, Murad Abdullayev, Cümə Hüseynov, Elnur Mustafayev, Sənan Məsimov və Samir Musayev yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]