İDMAN


“Qəbələ”nin U-14 komandası “Caspian Cup”  turnirini səkkizinci pillədə başa vurub

Bakı, 12 iyun, AZƏRTAC

Rusiyanın Kaspiysk şəhərində futbol üzrə “Caspian Cup” turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası turnirin sonuncu günündə 7-ci yer uğrunda matça çıxıb.

“Qırmızı-qaralar” Rusiyanın “Ramzan” komandası ilə qarşılaşıblar. Oyun boyu üstünlüyə malik olan “Qəbələ” topa daha çox nəzarət etsə də, bundan yararlana bilməyib. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtın ilk 10 dəqiqəsində də azarkeşlər qol görməyiblər. Son 10 dəqiqədə vurulan yeganə qol isə rusiyalılara qələbə qazandırıb – 1:0. Beləliklə, Rakif Əliyevin baş məşqçisi olduğu U-14 turniri 8-ci pillədə başa vurub.

Yarışın qalibi adına isə finalda Rusiya “Krasnodar”ına 2:1 hesabı ilə qalib gələn Gürcüstan “Dinamo”su (Tbilisi) yiyələnib. Üçüncü yeri isə Rusiya “Rostov”u tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.