İDMAN


“Qəbələ”nin U-16 komandası Macarıstan və İsveç klubları ilə qarşılaşacaq

Bakı, 26 may, AZƏRTAC

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası Macarıstanda keçiriləcək Laslo Kubalanın xatirəsinə turnirdə qüvvəsini sınayacaq. Macarıstanın “Vaşaş” klubunun təşkilatçılığı ilə təşkil ediləcək yarış mayın 27-28-də keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirdə mübarizə aparacaq 6 komanda iki qrupda münasibətlərini aydınlaşdıracaq. “Qəbələ” “Vaşaş Kubala Akademiyası” və İsveçin AİK klubları ilə eyni qrupda yer alıb. Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda ilk oyun günündə əvvəlcə meydan sahibləri, sonra skandinaviyalılarla görüşəcək.

Digər qrupda isə Slovakiyanın “Rujomberok”, Polşanın “Zaqlebiye” və Serbiyanın “Voyvodina”sı çıxış edəcək. Mayın 28-də qrup sonuncuları 5-ci, ikinciləri 3-cü yer uğrunda matçda görüşəcəklər. Finalda isə qrup qalibləri qarşılaşacaqlar.

“Qəbələ” səfərə 19 oyunçu ilə yollanır: Pünhan Hacıbalayev, Yasin Əliyev, İdris İnqilablı, Taleh Hacızadə, Nicat Oruclu, Əlvan Abasov, Nemət Şixəmirov, Veysəl Rzayev, Fərid İsgəndərov, Orxan Abdullayev, Tamerlan Rizvanov, Nicat Əliyev, Xəyal Muradov, Salman Ələsgərov, Əli Mürsəlov, Samir Qurbanov, Məhəmməd Məhərrəmov, İbrahim Camalov, Xəlil Bəşirov.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.