İDMAN
“Qəbələ”nin U-16 komandası Macarıstanda xatirə turnirini dördüncü pillədə başa vurub
Bakı, 30 may, AZƏRTAC
Macarıstanda keçirilən Laslo Kubalanin xatirəsinə futbol turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası “Vaşaş Kubala Akademiyası”nın təşkil etdiyi turniri 4-cü pillədə başa vurub.
“Qırmızı-qaralar” yarışın sonuncu günündə 3-cü yer uğrunda matçda qüvvəsini sınayıblar. Slovakiyanın “Rujomberok” komandası ilə görüşən komandamız 0:2 hesabı ilə uduzub.
Turnirin qalibi adını isə Polşanın “Zaqlebiye” klubu qazanıb. “Vaşaş Kubala Akademiyası” ikinci, “Rujomberok” isə üçüncü yeri tutublar.
Xatırladaq ki, “Qəbələ” qrup mərhələsində “Vaşaş Kubala Akademiyası” (0:0) və İsveçin AİK (1:1) komandaları ilə görüşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]