İDMAN


“Qəbələ”nin altı futbolçusu milliyə dəvət olunub

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına start verib.

AZƏRTAC xəbər verir ki, Bakıda hazırlıq keçən yığmanın düşərgəsində 27 futbolçu məşq edir.

Toplanışa qatılan heyətdə “Qəbələ” klubunun 6 futbolçusu yer alıb. U-21-in hazırlıqlarında qapıçılar Süleyman Süleymanovla Murad Popov, müdafiəçi Bəhlul Mustafazadə, yarımmüdafiəçilər Roman Hüseynov, Qismət Alıyev və Ehtiram Şahverdiyev iştirak edirlər.

Yığmanın təlim-məşq toplanışı noyabrın 16-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.