İDMAN


“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk yubiley oyununa çıxmağa hazırlaşır

A+ A

Bakı, 2 dekabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları çərçivəsində keçiriləcək “Qəbələ”-“Zaqatala” qarşılaşması meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk üçün yubiley matçı olacaq.

AZƏRTAC xəbər verir ki, ötən ilin əvvəlindən komandanı çalışdıran ukraynalı mütəxəssisin rəhbərliyi altında “qırmızı-qaralar” 100-cü oyununa çıxacaq.

Üç müxtəlif turnirdə (Topaz Premyer Liqası, ölkə kuboku və Avropa Liqası) keçirdiyi 99 matçda 51 yaşlı çalışdırıcı 46 oyunu qalibiyyətlə, 26 qarşılaşmanı “sülhlə”, 27 matçı isə xalsız başa vurub. Şimal-qərb təmsilçisi rəqib qapılarını 146 dəfə silkələyib, qapısından isə 89 top buraxıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.