İDMAN


“Qəbələ”nin cüdoçuları Azərbaycan birinciliyində səkkiz medal qazanıblar

Bakı, 1 iyul, AZƏRTAC

İyirmi üç yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Qəbələ” idman klubunun cüdoçuları yarışda uğurla çıxış ediblər.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan birincilikdə klubun idmançıları 8 medal qazanıblar.

İsmayıl İbrahimov (66 kq), Fəqan Quluzadə (81 kq) və Vasif Şərbətli (100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finala qədər irəliləyən Elçin Hüseynov (66 kq) və Rüfət İsmayılov (90 kq) yalnız həlledici görüşdə uduzaraq gümüş mükafata yiyələniblər. Hasil Cəfərov (73 kq), İman Yusifov (100 kq) və Camal Feyziyev (100 kq-dan yuxarı) birinciliyin bürünc mükafatçısı olublar.

Qırx altı klubdan 333 idmançının qatıldığı (288 oğlan, 45 qız) yarışda “Qəbələ” komanda hesabında ikinci yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.