İDMAN


“Qəbələ”nin döyüşçüsü beynəlxalq arenada yeddinci qələbəsini qazanıb

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Hüseyn Əliyev növbəti qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, 26 yaşlı idmançımız Rusiyanın Nalçik şəhərində təşkil olunan MMA (qarışıq döyüş növləri) döyüşlərində uğurla çıxış edib.

Dünya kubokunun mükafatçısı olan təmsilçimiz Beynəlxalq Qafqaz çempionatında (International Caucasian Fight Championship) rusiyalı Vaxa Şanxoyevlə qarşılaşıb. Üç raund davam edən döyüşdə hakimlərin rəyi ilə qalib gələn H.Əliyev 9-cu sınağında 7-ci qələbəsini əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.