REGİONLAR
Qəbələnin əsrarəngiz təbiət mənzərələri -FOTOREPORTAJ
Qəbələ, 2 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Yay mövsümü ilə əlaqədar Qəbələyə turist axını başlayıb. Yerli və xarici turistlər uzaq yol qət edərək Qəbələnin ecazkar təbiət mənzərəsini seyr etmək üçün bu füsunkar məkana gəlirlər. Həqiqətən də, yamyaşıl örpəyə bürünən bu məkanda istirahət etməyə və gözəlliyi yaxından görməyə dəyər.
Qəbələ ilin bütün fəsillərində, xüsusən də isti yay aylarında turistləri daha çox cəlb edir. Rayonun müasir turizm infrastrukturu, təmiz havası, gursulu dağ çayları, gölləri, şəlalələri, dörd tərəfi dağlarla əhatə olunan sıx meşələri, yaşıl çəmənlikləri, gözəl parkları insanları valeh edir.
Rayonda turizmin inkişafı ilə bağlı görülən işlər, eləcə də, son 10 ildə inşa edilən 20 ədəd 5, 4 və 3 ulduzlu otellərdə, irili-xırdalı 100-ə yaxın turizm, istirahət və əyləncə mərkəzində, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzində yaradılan yüksək şərait turistlərin də ürəyincədir.
AZƏRTAC Qəbələdən çəkilmiş əsrarəngiz görüntüləri təqdim edir.