İDMAN
“Qəbələ”nin əvəzedici heyəti Koreya Respublikasının təmsilçisinə məğlub olub
Bakı, 28 yanvar, AZƏRTAC
“Qəbələ” futbol klubunun əvəzedici komandası Antalyada təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.
Bu oyunadək 3 matça çıxan baş məşqçi Luis Araqonun komandası bu dəfə Asiya təmsilçisi ilə üz-üzə gəlib. “Qəbələ” Koreya Respublikasının təmsilçisi “Jeju Yunayted” ilə qarşılaşıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, “Qəbələ” son yoxlama oyunundan məğlubiyyətlə ayrılıb. Məhsuldar keçən görüşdə “Qəbələ” 2 qol vursa da, sonda məğlub olub – 2:5. Komandamızın qollarını Müşfiq Teymurov və Vəzir Musayev vurublar.
Bu məğlubiyyət əvəzedicilərin Antalyada 3-cü uduzmağı olub. Bunadək komandamız Qazaxıstanın “Tobol”, Qananın “Liberti” kollektivlərinə 0:2 hesabı ilə uduzub. Almaniyanın aşağı dəstə təmsilçisi “Freyberq”lə qarşılaşmada isə tərəflərdən hərəsi bir qol vurub – 1:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]