REGİONLAR


Qəbul imtahanından 700 bal toplayan qazaxlı qızın arzusu həkim olmaqdır VİDEO

A+ A

Qazax, 18 iyul, Famil Quliyev, AZƏRTAC

İyulun 15-də ali təhsil müəssisələrinə I və IV qruplar üzrə keçirilən qəbul imtahanında Qazax rayonunun Canallı kənd tam orta məktəbinin məzunu İsmayılova Səbinə Emin qızı 700 bal toplayaraq ən yüksək nəticə göstərib.

AZƏRTAC xəbər verir ki, Səbinə İsmayılova 1999-cu ildə anadan olub. 2005-ci ildə Canallı kənd tam orta məktəbinin birinci sinfinə qəbul edilib. Bu il həmin məktəbdən məzun olub. Onun atası Emin İsmayılov istefada olan hərbçi, anası Elnarə Məmmədova isə Səbinənin təhsil aldığı məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. Səbinənin babası Rza kişi fizika-riyaziyyat müəllimi, nənəsi Almaz xanım isə riyaziyyat müəllimi olublar. Hazırda hər ikisi təqaüddədir.

Məktəbin direktoru Ulduzə Yusifova söhbət zamanı bildirib ki, Səbinə məktəbin sayılıb-seçilən şagirdlərindən olub. Məktəbin ictimai işlərində fəallıq göstərməklə yanaşı, həmişə təhsildə də fərqlənib. 2015-ci ildə Bakıda keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında 13 qalibdən biri olub. O, təhsil aldığı dövrdə bütün fənləri yaxşı mənimsəyib. Kimya, biologiya, riyaziyyat fənlərinə xüsusi maraq göstərib.

S.İsmayılova AZƏRTAC-a bildirib ki, həkim olmaq istəyir. Tələbə qız bu xeyirxah peşəni seçməklə xalqın sağlamlığının keşiyində dayanmaq arzusundadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.