REGİONLAR


Qəbul imtahanlarında yüksək nəticə göstərən ağdamlı məzunlar mükafatlandırılıb

A+ A

Ağdam, 31 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Quzanlı qəsəbəsindəki mədəniyyət evində bu il respublikanın ali məktəblərinə qəbul olan gənclərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov, Milli Məclisin deputatı Ağalar Vəliyev və başqaları tədbirdə çıxış edərək, tələbə adını qazanan gəncləri təbrik edib, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyiblər.

Məlumat verilib ki, bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1326 məzundan 666 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 451-i tələbə adını qazanıb. Məzunlardan 56 nəfəri 500-600 arası, 29 nəfəri isə 600-dən çox bal toplayıb. Eyvazlı kənd tam orta məktəbin məzunu Fərid Hüseynov 685 bal, 30 nömrəli tam orta məktəbin məzunu Murad Nuriyev 681 bal, Alıbəyli kənd tam orta məktəbin məzunu Sevinc Hüseynova 672 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər.

Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni isə Qaradağlı kənd tam orta məktəbin məzunları qazanıb. Bu təhsil ocağını bitirən 14 məzundan 12-si respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub.

Görüşdə çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.

Sonda qəbul imtahanlarında yüksək bal toplayan məzunlara pul mükafatı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.