REGİONLAR


Qəbul imtahanlarında yüksək nəticə göstərən oğuzlu məzunlar mükafatlandırılıb

A+ A

Oğuz, 6 sentyabr, AZƏRTAC

Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Oğuz rayonunun məzunları üçün də uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 291 nəfər məzundan 177 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 43 nəfəri 500-dən, o cümlədən 15 nəfər 600 baldan yuxarı nəticə göstərib. Bundan əlavə, ötən tədris ilinin yekunlarına görə, rayonun Xaçmazqışlaq kənd tam orta məktəbinin məzunu Mahir Məmmədzadə Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış oğuzlu gənclərlə rayon ictimaiyyəti nümayəndələrinin görüşündə məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı və başqaları çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.

Qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin sonunda tələbə adını qazanan məzunlarla xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.