REGİONLAR


Qəbul imtahanlarında yüksək nəticə göstərən tərtərli gənclər mükafatlandırılıblar

A+ A

Tərtər, 30 avqust, AZƏRTAC

Bu il Tərtər rayonunun orta ümumtəhsil məktəblərini bitirən 669 nəfər məzundan 350-si ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 193 nəfər ali, 84 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olub. Gənclərdən 7-si 600-dən, 19-u isə 500-dən çox bal toplayıb.

AZƏRTAC xəbər verir ki, bu faktlar Tərtər rayon Mədəniyyət Mərkəzində ali məktəblərə qəbul olmuş gənclərlə keçirilən görüşdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatları Sahib Alıyev, Ağalar Vəliyev tədbirdə çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən, əldə olunan uğurlardan danışıblar.

Çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar diləyərək, Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə ediblər.

Məzunlar və onların müəllimləri tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirib, sevinclərini bölüşüblər.

Tədbirin sonunda imtahanlarda 500-dən çox bal toplayan tələbələrə fəxri fərman, hədiyyə və pul mükafatı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.