CƏMİYYƏT


Qədəminiz mübarək, dünyamızın yeni sakinləri!

Bakı, 2 iyun, AZƏRTAC

Nəsimi Rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Qeydiyyat Şöbəsinin birgə təşkilatçılığı ilə Kliniki Tibbi Mərkəzin doğum şöbəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Qeydiyyat şöbəsi əməkdaşları dünyaya gələn 70-dən artıq uşağın doğum şəhadətnaməsi ilə yanaşı, valideynlərə hədiyyələr də veriblər.

Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon Qeydiyyat Şöbəsinin müdiri Aynur Sabitova və Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova çıxış edərək valideynləri təbrik edib, uşaqların sağlam, gümrah böyüməsi və tərbiyəsi üçün onlara bəzi məsləhətlər veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.