Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qədim Naxçıvanın Darıdağ suyu möcüzəvi təbii şəfa mənbəyidir

Culfa, 21 iyul, AZƏRTAC

Mineral suların təbii “muzeyi” adlandırılan Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral və müalicəvi su mənbəyi var. Onlardan bir çoxu tərkibinə görə nadir sulardan hesab olunur. Böyük debitə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ arsenli mineral suyudur.

Muxtar respublikanın Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşən Şorsu dərəsində “Şəfa bulağı” adlanan əraziyə yaxınlaşdıqda ecazkar bir mənzərə ilə qarşılaşırsan. Naxçıvan-Ordubad magistralından müalicəxanayadək olan avtomobil yolu asfalt-beton örtük salınmaqla yenidən qurulub, burada yeni bina tikilib, müalicə olunanların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Darıdağ Arsenli Su Müalicəxanasında 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin sağalmasında mühüm rola malikdir. Suyun tərkibinin araşdırılması hələ 1830-cu ildə Q.Boskoboynikov, 1868-ci ildə Arxilov və Sulkidze tərəfindən aparılıb, 1928-ci ildə isə Lanqvaqren bu suyun geoloji kəşfi ilə yanaşı, kimyəvi tərkibini də öyrənib. Sonralar Darıdağ suyunun kimyəvi, fiziki, balneoloji, müalicəvi və başqa xüsusiyyətləri Azərbaycan Elmi-Tədqiqat və Fiziki-Təbii Amillərlə Müalicə İnstitutunun, Azərbaycan Dövlət Tibb Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının Təbii Amillərlə Müalicə Bölməsinin əməkdaşlarından akademik M.Qaşqay, A.Qarayev, professor Ə.Əsgərov, M.Əfəndiyev, Ş.Həsənov və başqaları tərəfindən ətraflı araşdırılıb. Son dövrlərdə isə professor Ə.Musayev öz təcrübələrində aşkar edib ki, Darıdağ arsenli isti suyunda müalicə olunan xəstələr üçün müəyyən edilmiş bir seansın müddəti 10-12 dəqiqədən artıq olmamalıdır. Əks halda, ürək qan damarlarının genişlənməsi baş verər.

Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur. Poşada Kudova, Almaniyada Dürkgeym, Rusiyada Sineqorsk sularının oxşarıdır. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ suyu onlardan daha üstündür.

İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə onun iş qabiliyyətinin bərpasına səbəb olmasın. Darıdağ suyu qanyaradıcı xüsusiyyətə malik olub, qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır, qanazlığını aradan qaldırır. Bu su ilə müalicə daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirərək onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində geniş tətbiq edilir.

Darıdağ suyunun maddələr mübadiləsinə təsirini öyrənən bir çox alimlər onun mübadilə pozğunluğundan yaranan artritlərə müalicəvi təsirini sübuta yetiriblər. Suyun təsirindən yaraların çirkdən tez təmizlənməsini, çətin sağalan yaraların qısa müddətə, həm də çapıqsız sağalmasını həkimlər onun antiseptik, faqositor və bakterisid qabiliyyəti ilə əlaqələndirirlər. Müəyyən edilib ki, mərgümüşün litium, brom, maqnezium, radioaktiv elementlər və başqa əhəmiyyətli maddələrlə müştərək təsiri maddələr mübadiləsinin bərpasına, periferik sinir sisteminin fəallaşmasına müsbət təsir göstərir.

Bu sudan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərində, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarında geniş istifadə edilib. Buna baxmayaraq, yalnız 1978-ci ildən fəaliyyətə başlayan Darıdağ Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblərə uyğun yenidən qurularaq istifadəyə verilib. Həkim, müayinə otaqları və qapalı hovuzlardan ibarət olan müalicəxanada xəstələrin müayinəsi, müalicəsi və istirahəti üçün hərtərəfli şərait yaradılıb. Həkim və müayinə otaqları yeni mebel dəstləri ilə təchiz edilib, hovuzlarda döşəməyə mərmər plitələr düzülüb, havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Burada sanitar-gigiyenik qaydalara ciddi əməl olunur, hovuzların vaxtında təmizlənməsi diqqət mərkəzində saxlanılır. 1080 metr dərinlikdən çıxan 5 nömrəli bulaqdan arsenli su borular vasitəsilə qadın və kişilər üçün ayrı-ayrı qapalı hovuzlara nəql edilir. Bulağın gözündə suyun hərarəti 52 dərəcə, vannalarda isə 37-41 dərəcə olur. Müalicəxanada arsenli su vannası qəbul etməklə revmatik, dəri, əzələ, sinir və dayaq-hərəkət sistemləri xəstəliklərinin ambulator müalicəsi aparılır. Müalicə müddəti gündə 10-12 dəqiqə olmaqla, 12-14 gündür.

Darıdağ suyunun müvafiq qaydalara uyğun şəraitdə qablaşdırılmış və qurudulmuş formaları öz kimyəvi sabitliyini (tərkibini) saxladığı üçün mənbədənkənar müalicə müəssisələrində, hətta ev şəraitində də istifadəsinin mümkünlüyü onun dəyərini daha da artırır.

Bu tibb ocağında müalicə olunan insanlarla da həmsöhbət olduq. Bakı şəhər sakini Dilbazi Əliyev aşağı ətraflarda şiş, dəridə ləkə, ağız boşluğunda diş ətinin qanaxmasından əziyyət çəkdiyini və ikinci ildir ki, bu müalicəxananın xidmətlərindən istifadə etdiyini, müalicənin yaxşı nəticə verdiyini bildirdi. Sumqayıt şəhər sakini Təhminə Fərzəliyeva isə dedi ki, oynaq ağrıları ilə əlaqədar birinci dəfədir, buraya gəlir. Üçüncü gündür, vanna qəbul edir. İlkin nəticələrə görə, səhhətində olan problemlərin tezliklə aradan qalxacağına inanır. Söhbətimizə qoşulan digər müalicə olunanlar da yaradılan şəraitə, göstərilən qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Onu da qeyd edək ki, müalicəxananın xidmətlərindən təkcə ölkə vətəndaşları deyil, xarici ölkələrdən gələnlər də istifadə edirlər. Cari ilin ötən dövründə, ümumilikdə, 700 nəfərdən çox insan müalicəxanaya müraciət edib. Bunlar arasında muxtar respublika sakinləri ilə yanaşı, qonaqlar da üstünlük təşkil edir. Belə ki, müalicəxanaya gələnlər arasında 160 nəfəri Bakı şəhərinin və ölkəmizin digər regionlarının sakinləridir. Əlli nəfəri isə Türkiyə, İran, Rusiya, Ukrayna və Gürcüstandan gələnlərdir. Buraya müraciət edənlərin sayı isə ildən-ilə daha da artır. Müalicənin müsbət nəticələrini görən xəstələr hər il təkrar Darıdağa üz tuturlar.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

BDU-da respublika elmi konfransı: 1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik