Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qədim Xanəgah kəndi müasir yaşayış məntəqəsinə çevrilib

Culfa, 9 sentyabr, AZƏRTAC

Culfa rayonunun Xanəgah kəndi muxtar respublikanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Orta əsrlərdə Şərqin əsas elm və mədəniyyət mərkəzi olan bu kənddə son illər geniş quruculuq işləri aparılıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində kəndin siması tamamilə dəyişib, Xanəgah müasir Azərbaycan kəndinə çevrilib.

Xanəgah kənd həkim ambulatoriyası

istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasının kəndlərində aparılan quruculuq işlərinin əsas xarakterik cəhətlərindən biri də insanların sağlamlığına xidmət edən müasir səhiyyə müəssisələrinin tikilib istifadəyə verilməsidir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 9-da Xanəgah kənd Həkim Ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ramin Paşayev çıxış edərək deyib ki, Culfa rayonunun digər kəndləri kimi, Xanəgah kəndi də günü-gündən inkişaf edir. Kənddə əhalinin rahat yaşayışı və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu il kənddə həkim ambulatoriyası üçün yeni bina tikilib, məktəb binası yenidən qurulub, Xanəgah abidə kompleksi təmir olunub. Həmçinin elektrik və rabitə xətləri yenilənib, yollar yenidən qurulub. Bütün bunlar kənd yerində insanların sağlamlığına və təhsilinə, eləcə də xalqımızın tarixinə və mədəniyyətinə, tarixi dəyərlərimizin yaşadılmasına göstərilən qayğının parlaq ifadəsidir. Ramin Paşayev bu diqqət və qayğıya görə kənd əhalisi adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanəgah kəndində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Ölkəmizdə qəbul olunan dövlət proqramları uğurla icra olunur, kəndlər abadlaşır, insanların yaşayış səviyyəsi yaxşılaşır, məskunlaşma artır. Bütün bunlar ölkəmizin gələcək inkişafına xidmət edir. Çünki inkişafın olduğu, məskunlaşmanın ilbəil artdığı, dövlət-xalq birliyinin təmin olunduğu ölkənin gələcəyi də etibarlı olur. Azərbaycanda bu tədbirlərin əsası ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulmuşdur. Hazırda bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xanəgah kəndində həyata keçirilən kompleks quruculuq tədbirləri də ölkəmizin inkişafı sahəsində görülən işlərin nəticəsidir.

Qeyd olunub ki, Xanəgah kəndi tarixdə iz qoyan yaşayış məntəqəsidir. Bu ərazidəki Əlincəqala ölkəmizdə ümumilikdə əyilməzlik simvolu kimi tanınır. Eyni zamanda, hürufiliyin banilərindən olan Fəzlullah Nəiminin türbəsi də bu kənddə yerləşir. Kənd tarixən elm, təhsil və mədəniyyət mərkəzi olubdur. Quruculuq işləri aparıldıqdan sonra kənddə müasirliklə tarixiliyin vəhdəti yaradılıb. Həkim ambulatoriyasının, məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilməsi, Xanəgah abidə kompleksinin və Əlincəqalanın bərpa olunması, yolun yenidən qurulması, içməli su xəttinin çəkilməsi və digər quruculuq tədbirlərinin həyata keçirilməsi kəndi abadlığa qovuşdurub, insanların rahat yaşayışı təmin olunub.

Ali Məclisin Sədri deyib: Xanəgah kəndində tarixi abidələrin yerləşməsi, eləcə də aparılan quruculuq işləri onun turizm potensialını artırır. Kəndə gələn qonaqların sayı ilbəil artır. Ona görə də kənd sakinləri daim kəndin abadlığına, təmizliyinə diqqət yetirməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır.

Ali Məclisin Sədri bir daha sakinləri təbrik edib, kəndin abadlaşmasında əməyi olanlara təşəkkürünü bildirib, açılışı bildirən lenti kəsib.

Bildirilib ki, ambulatoriya 11 otaqdan, o cümlədən baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, mama, manipulyasiya, aptek, qeydiyyat, tibb bacısı və təsərrüfat otaqlarından ibarətdir. Binada istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

Həkim ambulatoriyası kənddə səhiyyə xidmətinin səviyyəsini xeyli yaxşılaşdıracaq. Hazırda tibb işçiləri peyvənd və hamilə qadınlara patronaj işinin təşkilini diqqətdə saxlayırlar. Bu il kənddə 8 uşaq doğulub. Hazırda 4 hamilə qadın ambulatoriyada qeydiyyatdadır.

Ali Məclisin Sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Həkim ambulatoriyası ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.

Xanəgah kənd sakini, ziyalı Akif Səfərov deyib: Kəndin inkişafına böyük diqqət göstərilir. Son illər yeni sosial obyektlər tikilərək istifadəyə verilib. Müasir məktəb binası uşaqların yaxşı təhsil almasına, savadlı gənclər yetişdirilməsinə imkan verəcək. Xanəgah abidə kompleksinin, Əlincəqalanın bərpa olunması kəndi turizm mərkəzinə çevirib. Mənzillərimizdə sürətli internetdən istifadə edirik. Kənddaxili yollara asfalt örtük salınıb, rahat hərəkət təmin edilib. Aparılan quruculuq işləri nəticəsində kənddə yeni iş yerləri açılıb. Hazırda Xanəgahda müasir evlər tikilir, şəxsi avtomobillərin sayı artır. Bu da ölkəmizdə insanların rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin nəticəsidir. Sakinlər yaradılan şəraitdən səmərəli istifadə edərək təsərrüfatlarını genişləndirirlər. Dövlətimizin kənd adamlarına göstərdiyi qayğının nəticəsidir ki, heyvandarlıq, arıçılıq, meyvəçilik, əkinçilik əsas məşğuliyyət sahəsinə çevrilib. Akif Səfərov yaradılan şəraitə görə kənd sakinləri və ziyalılar adından minnətdarlıq edib.

Ali Məclisin Sədri deyib: Muxtar respublikanın hər bir kəndi abadlaşır. İnsanların rahat yaşayışı üçün tədbirlər görülür. Dağ və sərhəd kəndlərində yeni məktəb binaları tikilir, yollar çəkilir, dövlət qurumları üçün binalar, həkim ambulatoriyaları istifadəyə verilir. Bundan sonra da kəndlərin abadlaşdırılması sahəsində görülən işlər davam etdiriləcəkdir. Yaradılan şəraitin nəticəsidir ki, bu il Xanəgah kənd tam orta məktəbinin məzunlarından 5-i ali məktəblərə qəbul olub, 1-i 500-700 arası bal toplayıb. Bir sözlə, tikilənlər, qurulanlar sakinlər üçündür. Ona görə də sakinlər qurulanları qorumalı, yaşıllıqları artırmalı, kəndin inkişafına öz töhfələrini verməlidirlər.

Kənd məktəbinin binası yenidən qurulub

Sentyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanəgah kənd tam orta məktəbində yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, məktəb binası yenidən qurulub, müasir tədris avadanlıqları quraşdırılıb, binanın həyətində bufet və qazanxana tikilib. 198 şagird yerlik 2 mərtəbəli məktəbdə 3-ü elektron lövhəli olmaqla 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat otağı, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları şagirdlərin istifadəsinə verilib. Məktəbin kitabxana fondunda 3575 dərslik və bədii ədəbiyyat var. Həmçinin məktəb elektron dərsliklərlə də təmin olunub.

Məktəbdə informasiya texnologiyalarının tətbiqi diqqətdə saxlanılıb, 18 kompüter quraşdırılıb və internetə qoşulub. Elektron lövhəli siniflər yeni tədris ilində distant təhsilin tətbiqinə və dərslərin daha mütəşəkkil keçirilməsinə imkan verəcək.

Ali Məclisin Sədri məktəbdə müəllim-şagird münasibətlərinin qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulması, eləcə də tədrisin keyfiyyətinin daha da yüksəldilməsi barədə tapşırıqlar verib.

Xanəgah abidə kompleksi bərpa olunub

Naxçıvanda tarixi-mədəni irsimizə qayğı ilə yanaşılır, əcdadlarımızın miras qoyub getdiyi mədəni sərvətlərimiz gələcək nəsillər üçün qorunub saxlanılır. Xanəgah abidə kompleksinin bərpası da bu sahədə görülən işlərin davamıdır.

Sentyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanəgah abidə kompleksinə gəlib, burada görülən işlərlə tanış olub.

Məlumat verilib ki, abidədə geniş bərpa işləri aparılıb, türbənin dam örtüyü yenilənib, işçilər üçün otaq yaradılıb, həyət abadlaşdırılaraq yeni işıqlandırma sistemləri quraşdırılıb. Naxçıvan memarlıq məktəbinin daha bir nümunəsi olan abidə 12-15-ci əsrlərə aid edilir. Arxiv materiallarında Xanəgahın 18-ci əsrdə də fəaliyyət göstərdiyi qeyd olunur. Abidənin giriş baştağında Möminə xatın türbəsinin elementlərindən istifadə olunub. Hürufilik təliminin banilərindən olan Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini burada dəfn ediblər. Xanəgah uzun müddət yaşayış, ibadət və zikr yeri olub, tarixin müxtəlif dövrələrində isə həm də elm, təhsil və mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirib. Abidə turistlərin böyük marağına səbəb olur.

Ali Məclisin Sədri abidənin qorunub-saxlanılması, ziyarətçilərə onun tarixi haqqında dolğun məlumatlar verilməsi barədə tapşırıqlar verib.

***

Xanəgah kəndində abadlıq işləri də görülüb. Kənddaxili avtomobil yollarına 1300 metr məsafədə asfalt örtük salınıb, 20 su keçidi qoyulub. Həmçinin kənddə 350 metr məsafədə fiberoptik kabel, 500 metr müxtəlif tutumlu rabitə və 400 metr elektrik xətti çəkilib. Kənddəki mövcud kaptaj və içməli su xətlərində də təmir işləri aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib