REGİONLAR
Qədim el sənətini yaşadanlar
Qazax, 22 sentyabr (AZƏRTAC). Qazax rayonunun Daş Salahlı kəndində məişətdə istifadə olunan susüzən daş düzəldilir. Gəlirli olduğu qədər də zəhmət tələb edən bu sənəti kənd sakinləri nəsildən- nəslə ötürüblər.
Bu sənətlə məşğul olan Aslan Asumanovun 30 yaşı olmasına baxmayaraq 10 ildir susüzən daş düzəltməklə məşğuldur. O, bu sənəti atasından öyrənib.
Aslan Asumanov AZƏRTAC-a bildirib ki, daşa su töküldükdə o, süzülərək həm sərin, həm də təmiz olur. Bir sözlə, əsl içməli vəziyyətə gətirilir. Lakin ondan istifadə edən şəxs mütəmadi olaraq daşa qulluq göstərməli, vaxtlı-vaxtında onun içərisini təmizləməlidir ki, su daşının ömrü uzun olsun.
Bu daşda normal şəraitdə 30 litr su təxminən 24 saata süzülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [22:28]
Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub
- 26.04.2024 [22:19]
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
- 26.04.2024 [22:14]
Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]