DÜNYA


Qədim məbədin yanında müasir tibb mərkəzi ucaldılıb

A+ A

Bakı, 16 avqust, AZƏRTAC 

Hindistanın Benqalor şəhərində qədim məbədin yanında müasir tibb mərkəzi ucaldılıb.

AZƏRTAC “Arxinovosti.ru” saytına istinadla xəbər verir ki, tibb müəssisəsinin məhz burada tikilməsi heç də təsadüfi deyil. Belə ki, inşaatçıların əsas məqsədi qədim məbədə diqqətin artırılması olub.

Ağ fasadlı tibb mərkəzinin daxili də məbədi xatırladır. Otuz yerlik mərkəzdə işıq damdan düşür.

Maraqlıdır ki, pasiyentlər üçün palatalar şaquli şəkildə yerləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.