CƏMİYYƏT


“Qədim sənət – Kəlağayı” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Qədim sənət – Kəlağayı” layihəsi həyata keçirilib.

ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihə AzGF-in elan etdiyi 8-ci qrant müsabiqəsində qalib olub. Layihənin reallaşdırılmasında məqsəd dekorativ-tətbiqi sənət növü olan batikanı gənclərə aşılamaq və onu təbliğ etməkdir.

Əvvəlcə layihəyə cəlb olunmuş təlimçi Cahid Cavadov 4 gün ərzində iştirakçıları məlumatlandıraraq onlara batika sənət nümunələrinin hazırlanması qaydalarını öyrədib.

Sonra hazırlanmış sənət nümunələrinin digər gənclərə təqdim edilməsi üçün sərgi təşkil olunub.

Sonda layihə iştirakçılarına sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.