ELM VƏ TƏHSİL


Qədim türk etnosu barədə yeni araşdırma

Bakı, 6 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İsmayılovun “Türk-qurd etnosu araşdırmalar, çözümlər” adlı yeni kitabı çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda qədim türk etnosu olan “qurd”lar və onların mənşəyindən bəhs edilir. Əsərdə ”qurd” anlayışının türk xalqları arasında daşıdığı mənalar izahlı geniş şəkildə təhlil olunub. Kitabda unudulmaqda olan “qurd” dilinin leksik-semantik özəllikləri barədə məlumata da rast gəlmək mümkündür. Kitabın sonunda “qurd” dilinə məxsus sözlərin lüğəti əksini tapıb və qədim dildə olan sözlərin müasir Azərbaycan dilində qarşılığı verilib.

“Türk-qurd etnosu araşdırmalar, çözümlər” kitabı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının qərarı ilə çapa məsləhət görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.