CƏMİYYƏT


Qəhrəman pilotlarımızın xatirəsi anılacaq

Bakı, 9 yanvar, Ceyhun Alışlı, AZƏRTAC

Yanvarın 14-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında aprel döyüşləri zamanı “Mi-24” helikopterinin vurulması nəticəsində şəhid olan pilotlarımız - mayorlar Təbriz Musazadə, Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovun xatirəsinə həsr olunmuş “Aprel xatirələri” adlı tədbir keçiriləcək.

Tədbir Təbriz Musazadə adına İncəsənət və Təhsil Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Bu barədə AZƏRTAC-a şəhid Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə məlumat verib.

O bildirib ki, vətənpərvərlik mövzusuna həsr edilən tədbirdə çıxışçılar üç şəhidin keçdiyi həyat və döyüş yolundan danışacaq, onlarla bağlı xatirələrini bölüşəcəklər. Həmçinin mərkəzin üzvü olan uşaqlar tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səslənəcək, ədəbi-bədii kompozisiyalar təqdim olunacaq. Tədbir çərçivəsində şəhidlərin xatirəsinə həsr olunmuş “Şahinlər” adlı sənədli filmin də təqdimatı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.