CƏMİYYƏT


“Qəhrəmanlarımız bizim qan yaddaşımızdır” layihəsi çərçivəsində növbəti tədbir Qubada təşkil olunub

Bakı, 25 may, AZƏRTAC

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TÜMİB) Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı “Qəhrəmanlarımız bizim qan yaddaşımızdır” layihəsi çərçivəsində növbəti tədbir Qubada təşkil olunub.

TÜMİB-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İctimai Birliyin nümayəndə heyəti və rayon icra hakimiyyətinin nümayəndələri əvvəlcə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Quba Gənclər Evində keçirilən tədbirdə İctimai Birliyin sədri Çingiz Bayramov çıxış edərək bildirib ki, TUMİB Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda və regionlarda gənclərin iştirakı ilə silsilə görüşlər, tədbirlər təşkil edir. Bu görüşlərin məqsədi qəhrəmanlarımızın şərəfli ömür yolunu yeniyetmə və gənclərimiz arasında geniş təbliğ etməkdir. Qəhrəmanlığın Vətən, torpaq sevgisindən qaynaqlandığını diqqətə çatdıran Ç.Bayramov qeyd edib: “Vətən sevgisi insanın ürəyindəki vətənpərvərlik duyğusundan kök atır. Ulu öndər Heydər Əliyev deyirdi ki, hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Aynur Yəhyayeva, rayon gənclər və idman idarəsinin rəis müavini Mənsur Ağayev, təhsil məsələləri üzrə ekspert Raqib Sarı, hüquqşünas Orxan Vəliyev və başqaları çıxışlarında gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində cəmiyyətin üzərinə düşən vəzifələrdən söhbət açıblar. Gənclərin ölkəmizin ictimai-siyasi həyatındakı fəal rolundan danışan natiqlər vurğulayıblar ki, Azərbaycanda onların inkişafı və fəaliyyəti üçün hər cür şərait yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.