Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qəhrəmanlıq, məğlubedilməzlik, yurda, torpağa bağlılığın Naxçıvan nümunəsi

Qəhrəmanlıq, məğlubedilməzlik, yurda, torpağa bağlılığın Naxçıvan nümunəsi

Naxçıvan, 14 avqust, AZƏRTAC

Naxçıvan - alınmaz qalamız, məğlubedilməz Vətən övladlarımızın yurdu. Dövrünün ən qüdrətli ordusu hesab edilən, hansı səmtə üz tutsa orada qələbə bayrağını dalğalandıran Teymurləngin orduları məhz bu qədim torpaqda çox güclü dirənişlə qarşılaşıb, bu diyarda düşmənə qarşı 14 il mübarizə aparan Əlincəqala qəhrəmanları tarix yazıblar. Ötən əsrin 90-cı illərində taleyin ümidinə buraxılan Azərbaycanın həmin dilbər guşəsi ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində növbəti dəfə tarix yazıb. Həmin illərdə naxçıvanlılar dahi şəxsiyyətin ətrafında yumruq kimi birləşərək düşmən qarşısında bir addım belə geri çəkilməyiblər. Bu gün muxtar respublikamız faşist Ermənistanın əməlləri nəticəsində artıq 27 ildir, blokadada yaşayır. Bu illər ərzində isə Naxçıvan daha da güclənib, vətənpərvərliklə yenidən qurulub, tikilib ucaldılıb, nümunəvi bir diyara çevrilib.

Bu gün Naxçıvanı bu səviyyəyə çatdıran dövlət başçımızın böyük diqqəti və qayğısı, eyni zamanda, naxçıvanlıların vətənpərvərliyi, onların Vətəninə, torpağına sarsılmaz tellərlə bağlılığıdır. Ən ali və əzəli hisslərdən biri olan vətənpərvərlik isə hər kəsin doğulub boya-başa çatdığı elinə, obasına, torpağına, vətəndaşı olduğu ölkəsinə sonsuz məhəbbətini ifadə edir. Vətənpərvərlik təkcə Vətəni sevmək deyil, həm də Vətən naminə var gücü ilə çalışmaq, onun yolunda fədakarlıqlara hər an hazır olmaq, Vətənin, xalqın, cəmiyyətin inkişafı naminə öz səylərini əsirgəməməkdir.

Vətənpərvərlik həm də elə ali bir duyğu, ürək yanğısıdır ki, bu duyğu, bu yanğı insanı zirvələrə, səmalara yüksəldir, ona qəhrəmanlıq, məğlubedilməzlik, torpağa, xalqa, dövlətə, dövlətçiliyə bağlılıq, yurda sevgi, milli hədəflərə inam aşılayır. Vətənpərvərlik ən çətin anlarda belə, insanları azadlıq uğrunda mübarizəyə səfərbər edir, onlara cəsarət, güc verir.

Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti hər bir azərbaycanlı üçün ən böyük vətənpərvərlik nümunəsidir. Ümummilli lider öz xalqını böyük məhəbbətlə sevən vətənpərvər bir şəxsiyyət idi. Məhz ona görə də 1993-cü ildə xalqın çağırışına səs verərək doğma Vətənimizi bəlalardan xilas etmək üçün tarixi bir missiyanı öz üzərinə götürmüşdü. Çünki Ulu Öndərin vətənpərvərliyi mübarizə ruhlu idi, çünki müharibə gedirdi və ərazi bütövlüyü pozulmuş ölkəni işğalçılardan qorumaq lazım gəlirdi. Həmin dövrdə müstəqilliyimizə qəsd edən daxili və xarici düşmənlərə qarşı mübarizə aparmaqla yanaşı, dövlət quruculuğu prosesini də davam etdirmək, ölkəni gücləndirmək vacib idi. Bütün bunları isə yalnız və yalnız böyük dövlət idarəçiliyi təcrübəsinə malik, nüfuzlu bir şəxs edə bilərdi. O, dahi şəxsiyyət Heydər Əliyev idi...

Ulu Öndərin vətənpərvərliyi, eyni zamanda, müasir elm və mədəniyyətin nailiyyətlərinə söykənən maarifçilik mahiyyəti daşıyırdı. Böyük mənada digər xalqlara və ölkələrə kin-küdurətdən, ədavətdən uzaq, yalnız öz ölkəsinin, dövlətinin və cəmiyyətinin inkişafına yönəlmiş vətənpərvərlik idi.

Vətənpərvərlik hissinin formalaşdırılması milli mənlik şüurunun inkişaf etdirilməsi ilə birbaşa bağlıdır. Çünki milli mənlik şüuru milli özünəməxsusluğun bütün xüsusiyyətlərini özündə cəmləşdirir. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir şəxs əməli fəaliyyətini də məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurur. Buna görə də Ulu Öndərimiz daim Vətən və xalq mənafeyinin şəxsi maraqlardan üstün tutulmasının vacib şərt olduğunu vurğulayıb: “Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir”.

Həyatı və fəaliyyəti hər birimiz üçün nümunə olan dahi şəxsiyyətin yoluna sədaqətli hər bir kəs öz fəaliyyətində məhz bu amilləri ön planda tutur, Onun göstərdiyi işıqlı yolla, Vətən yanğısı ilə doğma yurdumuza təmənnasız xidmət yolu ilə irəliləyir, həyatının mənasını məhz bunda görür.

Görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun qeyd etdiyi kimi: “Vətənin qədrini o kimsə bilər ki, Vətən ilə onun ruhən rabitəsi olsun, Vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün... Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt Vətən deyə bilərsiniz ki, onun sahibi olasınız”.

Bəli, bu, reallıqdır ki, hər xalqa öz ölkəsinin sahibi olmaq, özünün milli dövlətini qurmaq, ən ali dəyərlərini özündə ehtiva edən bayrağını yaşadığı ölkəsinin ərazisində dalğalandırmaq xoşbəxtliyi nəsib olmur. Bu baxımdan Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqlarından biridir. Çünki Azərbaycan xalqının bu gün müstəqil dövləti, möhtəşəm bayrağı vardır. O bayraq ki ilk dəfə böyük cəsarətlə qədim və müqəddəs Naxçıvan torpağında səmalara yüksəlib. O bayraq ki onun əzəmətlə dalğalanması üçün yüzlərlə insan baldan şirin canını fəda edib. O bayraq ki xalqımızın azadlığa bəslədiyi sevgidən qaynaqlanan əzmkar və davamlı mübarizəsi ilə bu gün müstəqil Azərbaycan Respublikasının ərazisində dalğalanır. O bayraq ki yağı düşmənin bir il bundan əvvələdək işğalda saxladığı hərbi-strateji yüksəklik olan Lələtəpədə dalğalanmaqla düşmənə gözdağına çevrilib. O bayraq ki ötən ilin aprelinədək düşmən tapdağı altında inləyən torpağımıza can verib, abadlıq, quruculuq, sevinc gətirib. O bayraq ki Cocuq Mərcanlı ilə başlayan Böyük Qayıdışın xəbərçisinə çevrilib. O bayraq ki Şuşada, Laçında, Xankəndidə dalğalanacağı günü həsrətlə gözləyir. O bayraq ki Azərbaycanın öz ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək.

Və o bayraq ki bu gün Azərbaycanın yüzilliklərə söykənən tarixi dövlətçiliyinin qorunub yaşadıldığı, düşmənə gözdağına, dostun qürur mənbəyinə çevrilən Naxçıvanda ən yüksək zirvədə əzəmətlə dalğalanır.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 mindən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Taksford At Muzeyi onilliyini qeyd edir

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub

Şərurun Kərimbəyli kəndində yanğın baş verib VİDEO

Energetika naziri: Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Kopenhagendə birja binasında yanğın baş verib