DÜNYA


Qəhvə hazırlayan robot nümayiş etdirilib

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Qəhvə hazırlayan robot ilk dəfə ötən il “MWC” sərgisində təqdim edilib. Bu günlərdə isə Berlində keçirilən “IFA” tədbiri çərçivəsində həmin robotu işlək vəziyyətdə nümayiş etdiriblər. Robot audiosistem, televizor, smartfon, kompyuterə qoşularaq istifadəçi ilə "ağıllı" ev arasında vasitəçilik edə bilər. Sadəcə, robotu çağırmaq və nə cür qəhvə istədiyinizi ona demək lazımdır. Bundan sonra, sadəcə, fincanı qəhvə dəmləyənə qoymaq lazımdır, qalan işi robot özü edəcək.

AZƏRTAC “hi-news.ru” saytına istinadən xəbər verir ki, “Xperia Agent” robotu “Siri” və ya “Cortana” kimi rəqəmli assistentə malikdir və bunun sayəsində istifadəçi robota tapşırıq verə bilər.

Məsələn, robotdan təqvimi yoxlamağı və ya hansısa nömrəni yığmağı xahiş etmək mümkün olacaq. Bundan başqa, robot animasiyalı gözlərlə təchiz edilib və musiqi sədaları altında rəqs edə bilir.

Beləliklə, robot kamera, mikrofon və sensor ekranla təchiz edilib, təqvimdəki hadisələri yoxlaya, zəng edə, rəqs edə biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.