CƏMİYYƏT
Qəhvənin faydaları
Bakı, 3 iyul, AZƏRTAC
ABŞ-ın Oklaxoma Universiteti alimlərinin yeni tədqiqatı sübuta yetirib ki, idman zalına getməmişdən əvvəl qəhvə içmək fiziki iş qabiliyyətini artırır və ayaq əzələləri daha da güclü edir. Bunu AZƏRTAC "Newsland" saytına istinadla xəbər verir.
Tədqiqat zamanı iştirakçılar əvvəl 2-3 fincan qəhvə içirdilər, sonra isə ayaq və qol üçün siklik hərəkətlər edirdilər. Tədqiqatçılar müəyyən ediblər ki, kofein ayaq əzələlərinin işini yaxşılaşdırır, bir sıra hərəkətlərdən sonra ayaq və qollarda ağrı hissini azaldır, lakin qollar üçün heç bir effekti yoxdur.
Qeyd edək ki, qəhvə çəkini azalmasında kömək edir. Kofeinin stimullaşdıran təsiri artıq kiloqramlardan xilas olmağa kömək edir. Kallori "yandırmaq" üçün bir fincan qəhvə adi aerobika məşğələlərindən səmərəlidir. Pəhriz və idman zamanı qəhvə orqanizmi enerji alması üçün karbohidratlar yox, piy hüceyrələrindən istifadə etməyə məcbur edir.