MƏDƏNİYYƏT


“Qəliz adamlar” tamaşasının məşqlərinə başlanılıb

Bakı, 24 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında yəhudi dramaturq Yosef Bar-Yosefin “Qəliz adamlar” pyesi üzərində məşqlərə başlanılıb.

Teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev AZƏRTAC-a müsahibəsində bildirib ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Yosef Bar-Yosefin “Qəliz adamlar” əsəri ilk dəfə teatr tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Tamaşanın quruluşçu rejissoru Nicat Qəribdir. Səhnə əsərində insan faktoru, insani dəyərlər əsas götürülür.

Bir pərdəli tamaşada rolları Əjdər Zeynalov, Ruhiyyə Paşayeva, Emin Sevdiməliyev, Niyaməddin Səfərəliyev və başqaları oynayırlar.

Tamaşanın premyerası Azərbaycan Akademik Milli Dram Teatrında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.