Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qənirə Paşayeva AŞPA-da erməni deputata tutarlı cavab verib

Qənirə Paşayeva AŞPA-da erməni deputata tutarlı cavab verib

Strasburq, 28 iyun, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının iyunun 28-dəki plenar iclası qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin məruzələri dinlənildikdən sonra debatlar başlayıb.

Qənirə Paşayeva debatlarda çıxış edərək Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan heyətinin üzvünə sərt cavab verib.

Erməni nümayəndəsinə “siz öz işğalçı ölkənizdən danışın” deyən Milli Məclisin deputatı Q.Paşayeva bildirib ki, Avropada qaçqınlara qarşı hücumların artması, hər kəsi ciddi narahat etməlidir. Fiziki zorakılıqla müşayiət olunan hücumlar, əməyin istismarı, insan alveri, cinsi istismar və təcavüzlər, irqçi şüarların və nifrətin alovlandırılması kimi durumlar bütün parlamentariləri ciddi narahat etməlidir ki, insanlığa zidd olan bu kimi hallara qarşı ciddi addımlar atılsın.

“Avropadakı bəzi populist partiyalar və media orqanlarının qaçqın və məcburi köçkünlərə qarşı getdikcə artan irqçi münasibətlərinə son verilməsi üçün onları yekdilliklə qınamalı və bunun qarşısının alınması üçün daha ciddi addımlar atmalıyıq. Azərbaycan dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biridir. Bilirsiniz ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yurdundan didərgin düşüb. İşğalçı Ermənistan bu gün bu köçkünlərin öz vətənlərınə, evlərinə dönməsinə mane olur. 25 il əvvəl ölkəmizin çox ağır durumda olmağına baxmayaraq, on minlərlə Ahıska türkünü də qəbul etdik. Azərbaycan dövləti və xalqı onlara qucaq açdı. Bu gün də müxtəlif bölgələrdən və ölkələrdən gələrək ölkəmizə sığınmış insanlara diqqət və sayğı ilə yanaşırıq. O insanların hansı acılar içərisində bizə pənah gətirdiklərini unutmamalı, onlara dəstək olmalıyıq. Bu baxımdan 3 milyon köçkünə qucaq açaraq onlara dəstək olan və ən çox köçkünün yaşadığı Türkiyəyə buradan təşəkkür etmək istəyirəm”, -deyə Q. Paşayeva bildirib.

Qeyd edib ki, Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətindən asılı olmayaraq dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu beynəlxalq sənədlərdə də öz əksini tapır.

Q. Paşayeva vurğulayıb ki, Ermənistan Suriya qaçqınlarından öz işğalçı siyasətlərini davam etdirmək üçün istifadə etməkdə davam edir. Onları Ermənistana deyil, işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirir. Ermənistanın bu qeyri-insani, qeyri-qanuni əməlləri AŞPA-da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına ziddir. “AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsini, Parlament Assambleyasını Ermənistanın münaqişənin həllinə mənfi təsir göstərən bu qeyri-qanunu əməllərinə səssiz qalmamağa çağırırıq”.

“Mən buradan bir az öncə Azərbaycan əleyhinə yalanlarla dolu çıxış edən Melkumyana səslənərək demək istəyirəm ki, sizin yalanlarınıza ən gözəl cavab bu Assambleyanın, Parlament Assambleyasının qəbul etdiyi qərarlardır, xüsusilə də 1416 saylı qərar. O qərarlarda ki, birmənalı olaraq ölkənizin işğalçı olduğu vurğulanır və işğala son vermənizə çağırış edilir. Bunu dayandırın”,-deyə Q. Paşayeva əlavə edib.

Azərbaycanlı deputat nəticələrdən daha çox insanları köçkün salan səbəblərlə daha çox mübarizə aparmağa səsləyib. Əks halda köçkünlərin, eləcə də problemlərin sayının çoxalacağını bildirib. O vurğulayıb ki, Assambleya insanları köçkün vəziyyətinə salan səbəblərə qarşı mübarizəsini gücləndirməlidir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb