CƏMİYYƏT


Qərargah: İtkin düşən neftçilərlə bağlı axtarış-xilasetmə tədbirləri intensiv davam etdirilir

Bakı, 1 yanvar, AZƏRTAC

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 16 dekabr tarixli Sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyənləşdirilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Bu barədə AZƏRTAC-a Axtarış-xilasetmə Qərargahından məlumat verilib.

Hazırda axtarış–xilasetmə əməliyyatlarının aparıldığı ərazidə küləyin sürətinin güclənməsi, dalğanın hündürlüyünün artmasına baxmayaraq, əməliyyatlar dənizdə və sahilboyu ərazilərdə fasiləsiz olaraq həyata keçirilir. Mövcud hava şəraitinin kiçik həcmli gəmilərin hərəkətinə ciddi maneələr törətdiyini nəzərə alaraq, Qərargah tərəfindən, qeyd olunan hava şəraitində texniki göstəriciləri axtarış xilasetmə əməliyyatlarını həyata keçirməyə imkan verən gəmilər həmin əraziyə cəlb edilib. Eyni zamanda, hava şəraiti ilə əlaqədar, mütəxəssislərin rəyinə əsasən, Qərargah tərəfindən sahilboyu ərazilərdə axtarış-xilasetmə tədbirlərinin intensiv şəkildə davam etdirilməsi barədə müvafiq təlimat verilib.

Axtarışlar uzunluğu 165 kilometr, eni isə 135 kilometr olan geniş ərazidə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.