ELM VƏ TƏHSİL


Qərb Universiteti Türkiyənin İstinye Universiteti ilə əməkdaşlığa başlayır

Bakı, 30 iyun, AZƏRTAC

Qərb Universiteti Türkiyənin İstinye Universiteti ilə əməkdaşlıq edəcək.

Türkiyənin İstinye Universitetinin rektor köməkçisi Göksel Aşan, beynəlxalq proqramlar direktoru İsmail Çiftçi və İnsan Resursları Departamentinin direktoru Eda Usta Qərb Universitetində olublar. Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib və birgə mübadilə proqramlarının həyata keçirilməsi barədə ilkin razılıq əldə olunub.

Qeyd olunub ki, universitetlər arasında müəllim, tələbə və təcrübə mübadiləsi həyata keçiriləcək. Qərb Universitetinin beynəlxalq əməkdaşlıq şəbəkəsi dünyanın 200-dən artıq elm və təhsil müəssisəsini əhatə edir. Universitetin beynəlxalq fəaliyyətinə birgə və ya ikitərəfli əməkdaşlıq sahəsində bakalavr və magistr kursları, müqavilələrin artikulyasiyası və inkişafı, “Erasmus+” və “Mövlanə”, tələbə mübadilə proqramları daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.