CƏMİYYƏT


Qərb Universiteti əlavə ali təhsil (distant) almaq istəyənlər üçün qəbul elan edib

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Qərb Universiteti əlavə ali təhsil (distant) almaq istəyənlər üçün qəbul elan edib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, 17 ixtisas - politologiya, dizayn (interyer, qrafik, landşaft), tərcümə (ingilis, alman, fransız), filologiya (ingilis dili və ədəbiyyatı), filologiya (Azərbaycan dili və ədəbiyyatı), beynəlxalq münasibətlər, regionşünaslıq (qərbşünaslıq), dünya iqtisadiyyatı, maliyyə, menecment, turizm və otelçilik, iqtisadiyyat, biznesin idarə edilməsi, informasiya texnologiyaları, kompyuter mühəndisliyi, psixologiya, ekologiya ixtisasları üzrə aparılan qəbul oktyabrın 1-dək davam edəcək.

Qəbul olunmaq istəyənlər birinci ali təhsil haqqında sənədi (diplom və diplomun əlavəsi), altı fotoşəkil (3x4), şəxsiyyət vəsiqəsinin surətini, tibbi arayışı, oğlanlar üçün hərbi bileti və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi qeydiyyat haqqında vəsiqənin surətini təqdim etməlidirlər.

Təhsilini müvəffəqiyyətlə başa vuranlara dövlət nümunəli bakalavr diplomu veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.