ELM VƏ TƏHSİL


Qərb Universiteti magistrlərə ikili diplom təklif edir

Bakı, 8 iyun, AZƏRTAC

Qərb Universiteti TASIC proqramı çərçivəsində ölkəmizdə magistr səviyyəsində professional təlim təklif edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin beynəlxalq şəbəkəsi magistrlər üçün xaricdə təhsil proqramlarına qoşulmaq üçün unikal imkanlar yaradır. Eyni zamanda, dünyanın aparıcı universitetlərindən mütəxəssislər mühazirələr üçün universitetə dəvət olunur. İntensiv ingilis dili dərsləri isə xarici mütəxəssislərin tədris etdiyi proqramları yüksək səviyyədə mənimsəmək üçün baza yaradır.

Bununla yanaşı, Qərb Universiteti İsveçrədə yerləşən Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə birlikdə MBA proqramı üzrə ikili diplom layihələri həyata keçirir. Proqram çərçivəsində dərslər Qərb Universiteti və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin müəllimləri tərəfindən aparılır. Təhsil proqramının yekununda məzunlar hər iki universitetin diplomlarını əldə edirlər.

Qeyd edək ki, hazırda universitetin infrastrukturunun müasirləşdirilməsi üçün əsaslı işlər aparılır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir, nəhəng kompleks, yeni binalar və müasir kampusun tikintisi həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar qurulur. Tələbə sayının ciddi şəkildə artacağını nəzərə alaraq universitet illik təhsil haqlarını ciddi şəkildə aşağı salıb.

Qərb Universiteti 2017/2018-ci tədris ili üçün magistratura pilləsinə bu ixtisaslar üzrə qəbul elan edir:

http://wu.edu.az/az/akprog/Postgradcourses/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.