ELM VƏ TƏHSİL
Qərb Universiteti müsabiqə elan edir
Bakı, 10 sentyabr, AZƏRTAC
Qərb Universitetinin politologiya və beynəlxalq münasibətlər kafedrası “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınması” mövzusunda müsabiqə elan edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, cari il oktyabrın 30-da keçiriləcək müsabiqədə bakalavr səviyyəsində politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq ixtisasları üzrə təhsil alan tələbələr iştirak edə bilərlər. Layihənin məqsədi multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolunu və əhəmiyyətini göstərməkdir.
Müsabiqədə iştirak etmək istəyənlərin müvafiq mövzu ilə bağlı təqdimatları oktyabrın 15-dək təhvil verilməlidir. Təqdimatlar təşkil olunan komissiya tərəfindən qiymətləndiriləcək. Müsabiqədə birinci yerin qalibi təhsil haqqından 20 faiz, ikinci yerin qalibi 15 faiz, üçüncü yerin qalibi isə 10 faiz güzəşt əldə edəcək.