ELM VƏ TƏHSİL


Qərb Universitetində “Öz biznesinə başla!” mövzusunda seminar

Bakı, 19 dekabr, AZƏRTAC 

Qərb Universitetində “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı çərçivəsində “Öz biznesinə başla!” mövzusunda keçirilən seminarda yeddi multipleyer şəxsi təcrübələrini tələbələrlə bölüşüblər.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə biznesdə investisiya, riskgötürmə bacarığı, biznesdə komandanın vacibliyi, problemlərə pozitiv yanaşma, lider, yoxsa menecer və digər mövzularda müzakirələr aparılıb, suallar cavablandırılıb.

Gənclər yerli və beynəlxalq sahibkarların şəxsi təcrübələrindən bəhrələniblər.

Azərbaycanda 2013-cü ilin yanvarından uğurla həyata keçirilən “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı uzunmüddətli gənclər proqramıdır. Yeddi minədək gənci əhatə edən proqram çərçivəsində 15 müxtəlif biznes layihəsi həyata keçirilib, 25 startap dəstəklənib. "Youth Inc.” proqramının məqsədi Azərbaycanda gənc sahibkarlıq anlayışının inkişafına, gənclərin biznes haqqında məlumatlılığının artırılmasına və gənclərə öz bizneslərini yaratmaqda dəstək göstərməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.