ELM VƏ TƏHSİL


Qərb Universitetinin idman klubu dağçılıq düşərgəsində iştirak edib

Bakı, 23 iyun, AZƏRTAC

Qərb Universitetinin idman klubu dağçılıq düşərgəsində iştirak edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Qax rayonu ərazisində təşkil olunmuş Dağçılıq Təlimləri Düşərgəsində fərqli yaş qruplarından olan iştirakçılara 5 gün ərzində təməl dağçılıq dərsləri keçilib. Təlimlərdə Qərb Universitetinin tələbələri də fəal şəkildə iştirak ediblər.

İdman klubunun əməkdaşı və təlimçisi düşərgədə dağçılıq tarixi, növləri, ip düyünləri kimi mövzularda təlimlər keçib.

Qeyd edək ki, Qərb Universitetinin idman klubu dağçılıq idmanı sahəsində böyük təcrübəyə malikdir. Yay aylarında klubun fəaliyyəti ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda yerləşən bir sıra dağ zirvələrinə yürüşlərlə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.