ELM VƏ TƏHSİL


Qərb Universitetinin magistrləri İsveçrə universitetində təcrübə keçirlər

Bakı, 17 iyul, AZƏRTAC

Qərb Universiteti İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti ilə birgə ikili diplom proqramı həyata keçirir.

Qərb Universitetindən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində bu ali məktəbin magistrləri İsveçrə Biznes və Beynəlxalq Tədqiqatlar Universitetində beynəlxalq biznes üçün maliyyə istiqaməti üzrə təlimlərə qatılıb, eyni zamanda, beynəlxalq təşkilatlarda təcrübə keçirlər.

Dərslər Qərb Universiteti və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universitetinin müəllimləri tərəfindən aparılır. Təhsil proqramının yekununda məzunlar hər iki universitetin magistr diplomlarını əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.