ELM VƏ TƏHSİL
Qərb Universitetinin məzunları əmək bazarında layiqli yerlərini tutacaqlar
Bakı, 4 iyul, AZƏRTAC
Qərb Universitetində “Məzun günü” keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə bu ali təhsil ocağının rektoru, professor Andris Leitas məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Rektor Qərb Universitetinin builki məzunlarının da əmək bazarında layiqli yerlərini tutacaqlarına əminliyini bildirib.
Universitetin müəllimləri məzunları təbrik edib və ən xoş arzularını çatdırıblar.
Sonra tələbələrin hazırladıqları slaydşou nümayiş etdirilib. Məzunların lentə aldıqları qısametrajlı film maraqla qarşılanıb.
Məzunlar universitetin rəhbərliyinə və müəllimlərinə minnətdarlıqlarını bildiriblər.
Sonda təhsildə fərqlənmiş tələbələrə fəxri məzun sertifikatları təqdim olunub, məzunların ənənəvi “papaqatma” mərasimi keçirilib.