CƏMİYYƏT


Qərb Universitetinin professoru Harvard Universitetində dəvətli alim kimi fəaliyyət göstərəcək

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Qərb Universitetinin professoru, siyasi elmlər doktoru Vəsilə Hacıyeva 2016-2017-ci tədris ilində Harvard Universitetinin Rusiya və Avrasiya Mərkəzində dəvətli alim kimi fəaliyyət göstərəcək.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, V.Hacıyevanın tədqiqat mövzusu “Dəyişən regional-qlobal situasiya kontekstində ABŞ-ın Azərbaycan siyasəti”dir.

Qeyd edək ki, Qərb Universitetinin iqtisadiyyat, marketinq və menecment kafedrasının professoru, iqtisad üzrə fəlsəfə doktoru Pərviz Qurbanovun ABŞ-ın Princeton Universitetinin “American Journal of Science and Technologies” jurnalında “Aqrar sahədə istehsalın resurs təminatının daha da yaxşılaşdırılması üzrə istiqamətləri” sərlövhəli elmi məqaləsi dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.