ELM VƏ TƏHSİL


Qərb Universitetinin tam orta məktəbi qəbul imtahanlarında hər il 100 faizlik nəticə göstərir

Bakı, 5 iyul, AZƏRTAC

Bilik və bacarıqlı, bugünkü iş dünyasının tələblərinə uyğun kadrların yetişdirilməsi, ilk növbədə, orta məktəb təhsilinin hansı səviyyədə təşkil olunmasından asılıdır. Yüksək biliklərə sahib olan şagird sabahın lazımi bilik və bacarıqlara yiyələnə biləcək tələbəsi, belə tələbə isə sabahın yüksəkixtisaslı kadrıdır.

2003-2004-cü tədris ilində fəaliyyətə başlayan Qərb Universitetinin tam orta məktəbi tədrisi müasir dövrün çağırışlarına uyğun qurur, şagirdlərin yüksək bilik və bacarıqlara yiyələnməsi üçün ən müasir metodları, kurikulum standartlarını tətbiq edir.

Xarici dillərin tədrisi

Məktəbdə yüksək beynəlxalq kriteriyalara cavab verən tam orta təhsillə yanaşı, xarici dillərin - ingilis dilinin, ikinci xarici dil kimi fransız və alman dillərinin tədrisinə xüsusi yer verilir, şagirdlərin bu dilləri ən yüksək səviyyədə mənimsəməsi üçün dərslər interaktiv formada, yüksək maddi-texniki baza əsasında və rəngarəng şəkildə təşkil edilir. Xarici mütəxəssislərin iştirakı ilə aparılan danışıq klubları xarici dilləri mənimsəmək üçün əlverişli şərait yaradır.

Maddi-texniki baza

Məktəbdə təhsil sisteminin informasiyalaşdırılması üzrə təhsilin bütün pillələrində İKT-dan, müasir təchizata malik laboratoriyalardan, “Mimio” kabineti və elektron lövhələrdən istifadə edilir. Həmçinin elmi, bədii ədəbiyyat və dərsliklərlə təmin olunmuş kitabxana da şagirdlərin ixtiyarındadır.

https://www.youtube.com/watch?v=2on2R4JnOkw 

Dərsdənkənar məşğuliyyətlər

Təhsilin daha maraqlı və rəngarəng olması üçün tədris ili ərzində müxtəlif festivallar, müsabiqələr, viktorinalar, yarışlar, ekskursiyalar, aksiyalar və digər tədbirlər təşkil olunur. Keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılır, daha yaxşı nəticələr üçün stimullaşdırılır.

Avropada yay məktəbi

Şagirdlərə yay tətilində qrup rəhbərləri ilə birlikdə Londonda yerləşən “Katherine and King’s College of London”da və Bekenham şəhərində yerləşən “English language school”da təcrübə mübadiləsində iştirak imkanı yaradılır.

Qəbul imtahanlarında 100 faizlik nəticə

Tədrisin keyfiyyətli təşkilinin nəticəsidir ki, məktəbin məzunları son 10 ildə ali məktəblərə qəbul imtahanlarında 100 faizlik nəticə göstəriblər. Onların arasında qəbul imtahanlarında yüksək nəticə göstərdiyi üçün Prezident təqaüdünə layiq görülənlər də var.

Qərb Universitetinin tam orta məktəbinin məzunları hər il yüksək bal toplayaraq (100 faiz) təkcə ölkəmizin deyil, həmçinin dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinə daxil olurlar. Bu universitetlər arasında ABŞ-ın Texas Universiteti, Ceyms Medison Universiteti, Çexiyanın Praqa Dövlət Texniki Universiteti, Türkiyənin İstanbul Bilgi Universiteti, Sankt-Peterburq Dövlət Sənaye Texnologiyaları və Dizayn Universiteti, Kipr Beynəlxalq Universiteti, MİTSO Beynəlxalq Universiteti və başqa təhsil ocaqları var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.