REGİONLAR


Qərb bölgəsində Beynəlxalq Tolerantlıq Günü ilə bağlı tədbirlərə start verilib

A+ A

Şəmkir-Qazax, 11 noyabr, Famil Quliyev, AZƏRTAC

Şəmkirdəki Heydər Əliyev Mərkəzində 16 Noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru, Milli Məclisin deputatı Sona Əliyeva Beynəlxalq Tolerantlıq Gününün 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edildiyini diqqətə çatdırıb. O, ulu öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb, ölkəmizin bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanındığını bildirib.

Çıxışlarda Azərbaycanda müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrinin bir ailə kimi yaşadığı, dini və milli dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olduğu qeyd edilib.

Şəmkirdə yaşayan azsaylı xalqların nümayəndələri çıxış edərək rayonda tolerantlıq ənənələrinin tarixən qorunduğunu, multikultural dəyərlərə dövlət tərəfindən daim diqqət göstərildiyini bildiriblər.

 X X X 

Beynəlxalq Tolerantlıq Günü münasibətilə Qazaxdakı Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə Milli Məclisin deputatı Ülviyyə Ağayeva, rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyəti başçısının müavini Gülaya Həsənova açaraq, Beynəlxalq Tolerantlıq Günü ilə bağlı ətraflı məlumat verib.

Sonra Milli Məclisin deputatı Ülviyyə Ağayeva tolerantlıqla bağlı geniş məruzə ilə çıxış edib.

Əməkdar Müəllim Mustafa Mirzəyevin, “Avey” Dövlət Qoruğunun müdiri Səadət Əliyevanın, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Mustafa Mustafayevin də çıxışları dinlənilib.

Məruzə və çıxışlarda bildirilib ki, Beynəlxalq Tolerantlıq Gününün təsis edilməsində məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırmaqdır. Azərbaycan indi bütün dünyada tolerant ölkə kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli-mənəvi dəyərlərin qovuşma məkanına çevirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.