REGİONLAR
Qərb bölgəsində keçirilən imtahanlarda 25 min 636 şagird iştirak edib
Gəncə, 30 iyun, Rauf Hacıyev, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 30-da Gəncə, Naftalan şəhərlərində və Daşkəsən, Göygöl, Samux, Gədəbəy, Goranboy rayonlarında yerləşən ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
AZƏRTAC xəbər verir ki, Qərb bölgəsində keçirilən imtahanlarda IX sinif üzrə 13 min 721 nəfər, XI sinif üzrə isə 11 min 915 nəfər olmaqla, ümumilikdə, 25 min 636 şagird iştirak edib. Region üzrə 33 binada təşkil olunan imtahanlara 87 nəfər imtahan rəhbəri, 1208 nəzarətçi müəllim cəlb olunub.
Gəncə şəhərində 3 min 231 nəfəri IX sinif, 2 min 993 nəfəri isə XI sinif olmaqla, ümumilikdə, 6224 şagird imtahanlarda iştirak edib. İmtahanların təşkili üçün 6 bina ayrılıb, 19 imtahan rəhbəri, 274 nəzarətçi müəllim cəlb olunub.