İQTİSADİYYAT


“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

Bakı, 19 iyun, AZƏRTAC

“Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 32 nömrəli quyu qazmadan sonra istismara verilib.

Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib.

Quyu Qirməki Altı Lay Dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul verib, 678-726 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.