İQTİSADİYYAT


“Qərbi Abşeron” yatağında yeni quyu qazılır

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC 

“Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 23 nömrəli quyuda qazma işlərinə başlanılıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə SOCAR AQŞ birgə müəssisəsi tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 860 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.