İQTİSADİYYAT


“Qərbi Abşeron”dakı 32 nömrəli quyuda qazma işləri tamamlanıb

Bakı, 9 iyun, AZƏRTAC 

“Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 32 nömrəli quyuda qazma işləri başa çatdırılıb.

SOCAR-AQŞ-dən AZƏRTAC-a bildirilib ki, faktiki dərinliyi 750 metr olan 32 nömrəli quyunun tikintisi işləri təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan yekunlaşdırılıb.

SOCAR-AQŞ digər quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.