DÜNYA


Qəsrə bənzəyən uşaq bağçası

Bakı, 10 avqust, AZƏRTAC 

Moskva vilayətinin "Lenin adına sovxozu"nda yerləşən "Uşaqlıq qəsri", hətta buraya gələn xaricilərin də böyük təəccübünə səbəb olub.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, “Disneyland” stilində yaradılan uşaq bağçasında onların tam inkişafı üçün bütün zəruri şərait yaradılıb. Bir neçə oyun meydançası, futbol meydançası, qaçış yolları və s. balacaların ixtiyarına verilib. Məktəbəqədər tədris müəssisəsi qəsrə oxşadığından uşaqlar özlərini əsl kral və şahzadə kimi hiss edirlər. Uşaq bağçasında qalmaq hər uşağa ayda 30 dollara başa gəlir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.